Bakı metrosunun reklam gəlirləri artıb | Banco.az

Bakı metrosunun reklam gəlirləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Bakı Metropoliteni QSC-nin reklam gəlirləri 2 milyon 622 min manata bərabər olub.

Banco.az qurumun hesabatına istinadən xəbər verir ki, metronun reklam gəlirləri illik müqayisədə 21 min manat və ya 0,8% artıb.

Qeyd edək ki, 2023-cü ildə Bakı Metropoliteninin reklam gəlirləri 2 milyon 601 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram