“İçərişəhər” metro stansiyasında dönmə kamerasının inşasına start verilib | Banco.az

“İçərişəhər” metro stansiyasında dönmə kamerasının inşasına start verilib

Bakı metrosunun “İçərişəhər” stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində dönmə tunelinin (dönmə kamerası) inşasına start verilib.

Bu barədə “Bakı Metropoliteni” QSCdən məlumat verilib.

Bildirilib ki, bu obyekt qatarların daha sürətli geri dönüşünü, minimal intervalı və pik saatlarda ehtiyat qatarın hazır vəziyyətdə saxlanılmasını təmin edəcək. Həmçinin sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılaraq “Həzi Aslanov” istiqamətinə minik yeni platformadan həyata keçiriləcək.

“Ərazidə piyada zonası, yaşıllıq və 200+ yerlik yeraltı parkinqin yaradılması da planlaşdırılır. Tikinti zamanı stansiyanın fəaliyyəti dəyişməyəcək. Dönmə kamerası sərnişin girişinə xidmət etməyəcək”, – məlumatda qeyd olunub.