Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında İsveçin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 29 milyon 664 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 dəfə və ya 27 milyon 934 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyon 730 min dollar təşkil edirdi.
İlk 9 ayda Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda İsveçin payı 0,6%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
