"Google" 2025-in ən çox axtarılanlarını açıqladı | Banco.az

"Google" 2025-in ən çox axtarılanlarını açıqladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Google" 2025-in ən çox axtarılanlarını açıqlayıb.

Banco.az xəbər verir ki, “Google” “Year in Search 2025” (2025-ci ildə Axtarış) hesabatını yayımlayaraq, 2025-ci il ərzində dünya üzrə insanların ən çox maraq göstərdiyi mövzuları açıqlayıb. Hesabat göstərir ki, qlobal axtarış gündəmini əsasən süni intellekt, böyük idman qarşılaşmaları, texnologiya yenilikləri və geosiyasi mövzular formalaşdırıb.

“Google”un verdiyi məlumata görə, 2025-ci ildə istifadəçilər axtarışlarda daha “danışıqvari” suallara üstünlük verib və yeni AI imkanları sorğuların dilinə də təsir göstərib.

Dünya üzrə 2025-in ən çox trend olan axtarışları (Top 10)

“Google Trends”in “Year in Search 2025” hesabatında qlobal səviyyədə ən çox yüksəliş göstərən (trend olan) axtarışlar bunlar olub:

“Gemini”

“India vs England”

“Charlie Kirk”
“Club World Cup”

“India vs Australia”

“DeepSeek”

“Asia Cup”

“Iran”

“iPhone 17”

“Pakistan and India” 

Qeyd edək ki, “Google”un “Year in Search 2025” səhifəsində ölkələr üzrə ayrıca bölmələr və müxtəlif kateqoriyalar (xəbərlər, əyləncə, idman, texnologiya və s.) də təqdim olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram