İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır | Banco.az

İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır

Azərbaycana gətirilən internet modemlərlə bağlı dövlət standartı yoxdur.

Bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agenrliyinin əməkdaşı Rəşad Həsənov deyib.

“Biz 5 Ghz modemlərin gətirilməsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 Ghz modemlər ölkəyə buraxılmasın”, - deyə o əlavə edib.

apa