Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən ölkəmizə xarici investorların cəlb edilməsi ilə, regionlarda,kiçik və orta sahibkarlığının inkişaf etdirilməsi məqsədilə6 oktyabr,2017-ci il tarixində Azərbaycanda Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı 5-ci İnvestorlar Yarmarkası keçiriləcəkdir.
Investorlar Yarmarkasının əsas məqsədi investorlar və Azərbaycan Mikromaliyyə sektoru iştirakçılarının bir araya gətirilməsi və maliyyə xidmətləri göstərilən zaman yaranan çətinliklərin və məhdudiyyətlərin aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.
Bir gün davam edəcək bu tədbirdə mikromaliyyə sahəsində ekspert və şirkətlər, beynəlxalq investorlar və teniki xidmət təminatçıları,bank olmayan kredit təşkilatları və banklar, lizinq və siğorta şirkətləri iştirak edəcək və ”Mövcud vəziyyətdə Mikromaliyyəni necə stimullaşdırmaq olar?” və “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət?” adlı mövzular müzakirə ediləcəkdir.
Bundan əlavə ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının birbaşa görüşləri planlaşdırılır. Tədbirdə həmçinin mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
Əlavə məlumat əldə etmək üçün marketing@amfa.az və ya (012) 437 16 45 telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Qeydiyyatdan keçmək üçün http://amfa.az/register/Investors-Fair/aze/ linkinə keçid edə bilərsiniz.