Müəllif: Tamara Mustafayeva, Banco.az
“Henkel”in satışları 3-cü rübdə 5,5 milyard avroya çatıb.
Banco.az xəbər verir ki, yapışqanlar, izolyasiya materialları və funksional örtüklər bazarlarında qlobal miqyasda fəaliyyət göstərən “Henkel” şirkəti ilin üçüncü rübündə satışlarını 5,5 milyard avroya yüksəldib.
“Henkel” 2024-cü ilin üçüncü rübündə qrup satışlarını təxminən 5,5 milyard avroya qədər artırıb. Bu rəqəm 3,3 faizlik güclü üzvi artıma uyğundur.
Yapışqan Texnologiyalar Biznes Bölməsi 2024-cü ilin üçüncü rübündə 2 milyard 800 milyon avro satış əldə edib. Bu rəqəm əvvəlki ilin eyni rübü ilə müqayisədə (əvvəlki il: 2 milyard 711 milyon avro) 3,3 faiz nominal artım deməkdir. Üzvi (valyuta məzənnələri və alış/satışlar nəzərə alınmaqla) satışlar 3,7 faiz artıb.
İstehlak Brendləri Biznes Bölməsində 2024-cü ilin üçüncü rübündə satışlar 2 milyard 653 milyon avro təşkil edib.
Qeyd edək ki, “Henkel” 2024-cü maliyyə ilində Qrup səviyyəsində üzvi satış artımının 2,5 ilə 4,5 faiz arasında olacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!