Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-aprel aylarnda Gürcüstanın ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% artaraq 2 milyard 14 milyon dolları ötüb.
Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan Gürcüstanın ən böyük 3-cü ixrac tərəfdaşı olub. Belə ki, ötən 4 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 215.1 milyon dollar təşkil edib.
Bu da illik müqayisədə 12% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.7%-ni təşkil edib.
2024-cü ilin yanvar-aprel ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 191,9 milyon dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!