Müəllif: Gülnar Əhmədli, Banco.az
Fransadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 5 milyon 755 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 dəfə (4 milyon 328 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 1 milyon 427 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 3 ayda Fransadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!