ABŞ və Yaponiyanın ABŞ-yə idxal edilən bütün Yapon mallarına 15% rüsum daxil edən ticarət razılaşması əldə etdiyinə dair xəbərlər fonunda neftin qiyməti artıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,32 dollar və ya 0,47% faiz artaraq 68,91 dollara yüksəlib.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,29 dollar və ya 0,44% artaraq bir barelə görə 65,6 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!