Dünya bazarında neft ucuzlaşır | Banco.az

Dünya bazarında neft ucuzlaşır

Neft qiymətləri ardıcıl üç sessiya ərzində yüksəlişdən sonra bu gün düşür.

Treyderlər ABŞ-İran münaqişəsində iştirak edən tərəflərdən yeni qərarlar gözləyərək Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Birjasında iyul ayı üçün Brent markalı neftin fyuçersləri ​​bir barel üçün 106,32 dollardan satılırdı ki, bu da əvvəlki bağlanışdan 1,45 dollar (1,35%) azdır. Çərşənbə axşamı bu müqavilələr 3,56 dollar (3,42%) artaraq bir barel üçün 107,77 dollara çatdı.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin iyun fyuçerslərinin qiyməti 1,45 dollar (1,42%) azalaraq bir barel üçün 100,73 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 4,11 dollar (4,19%) artaraq bir barel üçün 102,18 dollara düşüb.

Bu həftənin əvvəlində neft qiymətlərinin artması Yaxın Şərq böhranının tez bir zamanda həllinə olan ümidlərin azalması ilə əlaqədar idi. Vaşinqton və Tehran arasında sülh sazişi üzrə danışıqlar aparmaq üçün daha bir cəhd uğursuzluqla nəticələndi.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında İranın münaqişənin sona çatması üçün təqdim etdiyi təkliflərdən narazı olduğunu bildirib. O, həmçinin bölgədəki atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb.