Direktor: Güzəştli mənzillər iş yerlərinə yaxın olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Direktor: Güzəştli mənzillər iş yerlərinə yaxın olacaq

“Dünya praktikasında belə bir yanaşma var ki, güzəştli mənzillər üçün ayrılmış torpaq sahələri təqribən iş yerlərindən 45 dəq -1 saat məsafədə (ictimai nəqliyyat vasitəsi ilə) olsun”.

Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Caspian Europen Club”ın təşkil etdiyi biznes forumda çıxışı zamanı deyib.

“Amma eyni zamanda biz çalışırıq ki, torpaq sahələri bir-birinə yaxın olmasın. İnsanlarda seçim olsun. Bu gün Bakı genişlənir. Paytaxtın ətrafında yeni müəssisələr yaradılır. Gələcəkdə artıq bu torpaqların yerləşməsi onlar üçün rahat olmalıdır”.

Mənbə: Oxu.az