Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal dövlət borcu bu il 2022-ci illə müqayisədə 5,4 faiz artaraq 97 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə dünyanın əksər hökumətləri məşğulluq bazarını qorumaq və iflas dalğalarının qarşısını almaq üçün genişmiqyaslı maliyyə təşviqi proqramları həyata keçirib.
Səhiyyə başda olmaqla, sosial sahələr və məşğulluğun dəstəklənməsi üçün verilən təşviqlərlə xərclər əhəmiyyətli dərəcədə artıb ki, hökumətlər xərcləri maliyyələşdirmək üçün böyük məbləğdə borc götürməli olublar. Bu da dövlət borcunun sürətlə artmasına gətirib çıxarıb.
Aşağı faiz dərəcələri hökumətlər üçün borc almağı daha cəlbedici etsə də, xüsusilə inkişaf etmiş ölkələrdə qocalmış əhali üçün səhiyyə və pensiya xərclərinin artırılması hökumət büdcələrinə də təzyiq göstərir ki, bu da bu xərcləri ödəmək üçün borclanma yükünü artırıb.
Rusiya və Ukrayna arasındakı müharibə qlobal enerji qiymətlərində yüksələn təzyiq yaradarkən, əksər ölkələr enerji xərclərini öz vətəndaşlarına ötürməmək üçün subsidiyaları gücləndirib və bu da büdcəyə növbəti təzyiq demək idi.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Kovid-19-dan əvvəl 2019-cu ildə 74 trilyon dollar səviyyəsində olan qlobal dövlət borcu 2023-cü ildə 2019-cu ilə nisbətən 32,8 faiz, ötən illə müqayisədə isə 5,4 faiz artaraq ötən ay 97 trilyon dollara çatıb.
Qeyd edək ki, ABŞ bu il dövlət borcu ötən illə müqayisədə 10 faiz artaraq 33 trilyon dollara çatmaqla dünyanın ən çox borcu olan ölkə kimi önə çıxır.
Bizi sosial şəbəkələrdən izləyin!!