Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 543 milyon 12 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9% və ya 10 milyon 657 min dollar azdır.
Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran 3-cü ölkə olub.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 553 milyon 669 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
