Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ChatGPT 66,51% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub.
Banco.az "statcounter"ə istinadən xəbər verir ki, sentyabr ayında ChatGPT-nin payı 86,3% təşkil edirdi.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (25,03%), Perplexity (5,32%), Claude (2,66%) Microsoft Copilot (0,48%).
Sentyabrda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (51,03%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 29,22% təşkil edib.
Qeyd edək ki, ChatGPT ötən ay həm ölkədə, həm də qlobalda ən çox istifadə edilən süni intellekt aləti olmasına baxmayaraq, onun payı sentyabrla müqayisədə xeyli azalıb. Belə ki, ChatGPT-nin payı ölkə üzrə 19,79 faiz bəndi, qlobalda isə 29,44 faiz bəndi azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
