Azərbaycanda pul bazası 17%-dən çox artıb | Banco.az

Azərbaycanda pul bazası 17%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda pul bazası cari ilin oktyabrın sonuna 25 milyard 146.1 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu ilin sentyabrın sonu ilə müqayisədə 1,3% çoxdur.

Qeyd edək ki, pul bazası 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,5% artıb. Ötən ilin eyni dövründə pul bazasının həcmi 21 milyard 395.1 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram