Mərkəzi Bankın valyuta ehtiyatları 36%-dək artıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 36%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 noyabr 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 430.4 milyon ABŞ dolları təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 35.7% artıb.

2025-ci ilin eyni dövründə bu göstərici 11 milyard 368.3 milyon dollara bərabər olub. 

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0,4% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram