Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin III rübünə olan maliyyə göstəricilərinə əsasən bankların 13-nün aktivləri 1 milyard manatdan çox olub.
Banco.az xəbər verir ki, həmin banklar ABB (16,1 milyard manat), Kapital Bank (13,9 milyard manat), PAŞA Bank (9,98 milyard manat), Xalq Bank (2,8 milyard manat), Bank Respublika (2,7 milyard manat), Unibank (2,4 milyard manat), Azər Türk Bank (2,2 milyard manat), AccessBank (1,9 milyard manat), Ziraat Bank Azərbaycan (1,6 milyard manat), Bank of Baku-dur (1,6 milyard manat), Yelo Bank (1,55 milyard manat), Rabitəbank (1,45 milyard manat) və Yapı Kredi Bank Azərbaycan (1 milyard manat).
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə aktivlərinin həcmi milyardı keçən bankların sayı 12 olub. Belə ki, bu siyahıda Yapı Kredi Bank Azərbaycan yox idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
