Bu il Azərbaycana 702 ədəd avtobus idxal edilib | Banco.az

Bu il Azərbaycana 702 ədəd avtobus idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 702 ədəd avtobus idxal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 29 milyon 138 min dollar və ya 63,9% artıb. 

Belə ki, 702 ədəd avtobusa görə ölkədən 74 milyon 760 min ABŞ dolları valyuta çıxıb. 

Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2024-cü ilin eyni dövrünə nisbətdə 414 ədəd artıb. 2024-cü ilin yanvar-oktyabr aylarında 288 ədəd avtobus idxal edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram