Bu şəhərdə 24 karatlıq qızıldan piyada yolu salınacaq | Banco.az

Bu şəhərdə 24 karatlıq qızıldan piyada yolu salınacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 24 karatlıq qızıl örtüklü piyada yolunun açılması planlaşdırılır.

Banco.az xəbər verir ki, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Yol şəhərin məşhur Qızıl Bazarı ərazisində salınacaq. Layihə Dubayın lüks turizm məkanı kimi cəlbediciliyini artırmaq və şəhərin qlobal qızıl ticarəti mərkəzi statusunu gücləndirmək məqsədi daşıyır.

Məlumatda bildirilir ki, yolun səthində 99,9 faiz təmizliyə malik 24 karatlıq qızıl örtükdən istifadə olunacaq. Layihənin dünyada bu konsepsiyada ilk və ən uzun piyada yolu kimi təqdim edilməsi nəzərdə tutulur.

Yeni məkanın həm turistlər, həm də yerli sakinlər üçün açıq olması, foto çəkilişləri və gəzintilər üçün cəlbedici nöqtəyə çevrilməsi gözlənilir.