Müəllif: Tamara Mustafayeva, Banco.az
Pakistan Mərkəzi Bankı apreldən bəri ilk dəfə faiz dərəcəsini artırıb.
Banco.az xəbər verir ki, Pakistan Mərkəzi Bankı “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların əksəriyyətinin proqnozuna uyğun olaraq uçot faiz dərəcəsini 50 baza bəndi artıraraq 12 faizə çatdırıb. Bu, ölkədə apreldən bəri ilk faiz artımıdır.
Mərkəzi Bankın sədri Cəmil Əhməd qərardan sonra Kəraçidə keçirdiyi mətbuat konfransında inflyasiya perspektivinin diqqətlə qiymətləndirildiyini bildirib.
Əhməd xüsusilə ABŞ ilə İran arasındakı münaqişə səbəbindən son iclasdan bəri iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini qeyd edib. Onun sözlərinə görə, neftin bir barelinin qiyməti 100 dolları ötüb, buğdanın qiyməti də artıb.
Mərkəzi Bankın sədri bu təzyiqlərin aradan qalxmasının vaxt aparacağını və inflyasiyanın bankın hədəf səviyyəsinə qayıtmasının gecikəcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
