“Qızıl top” Harri Keynə verildi | Banco.az

“Qızıl top” Harri Keynə verildi

Almaniya çempionu “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin kişilər arasında “Qızıl top” mükafatının sahibi olub.

Banco.az xəbər verir ki, qalibin adı Londondakı “Palladium” teatrında keçirilən “France Football” jurnalının 70-ci təqdimat mərasimində açıqlanıb.

Mükafatı futbolçuya “Qızıl top”un ikiqat qalibi, Braziliya millisinin sabiq hücumçusu Ronaldo təqdim edib.

Ötən mövsüm Harri Keyn “Bavariya” və İngiltərə millisinin heyətində ümumilikdə 65 oyunda meydana çıxıb və 73 qol vurub.

modern.az