Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-may aylarında 210 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 10 milyon 268 min dollar və ya 2.7 dəfə artıb.
Belə ki, 210 ədəd avtobusa görə ölkədən 16 milyon 235 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2024-cü ilin eyni dövrünə nisbətdə 112 ədəd artıb. 2024-cü ilin yanvar-may aylarında 98 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!