Böyük Britaniyada gözlənilməz inflyasiya artımı | Banco.az

Böyük Britaniyada gözlənilməz inflyasiya artımı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada gözlənilməz inflyasiya artımı qeydə alınıb.

Banco.az xəbər verir ki, İngiltərənin Milli Statistika Ofisinin “ONS” açıqladığı məlumatlara görə, dekabr ayında istehlak qiymətləri illik müqayisədə 3,4 faiz artıb. Gözləntilər artımın 3,3 faiz səviyyəsində olacağı yönündə idi.

“ONS” açıqlamasında qeyd edib ki, iyul ayından sonra qeydə alınan ilk artım əsasən tütün vergisinin və aviabiletlərin qiymətlərindəki yüksəlişlə əlaqədardır. Qurumun məlumatına görə, bu kateqoriyalar alış-veriş səbətinin adətən dəyişkən hissəsini təşkil edir.

“ONS” məlumatlarına əsasən, aylıq əsasda qiymət artımı gözləntilərə paralel olaraq 0,4 faiz olub.

Baza inflyasiya isə illik əsasda 3,2 faiz təşkil edərək 3,3 faizlik gözləntilərdən aşağı səviyyədə qeydə alınıb. Baza inflyasiyada aylıq artım 0,3 faiz olub. İngiltərədə xidmət sektorunda inflyasiya 4,5 faiz səviyyəsində ölçülüb.

“ONS” məlumatlarına görə, istehsalçıların xammal və giriş xərclərini əks etdirən qiymətlər aylıq bazda 0,2 faiz azalıb, illik müqayisədə isə 0,8 faiz artıb. İstehsalçı çıxış qiymətləri aylıq müqayisədə dəyişməz qalıb, illik müqayisədə isə 3,4 faiz yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram