“Bloomberg”də manat sürətlə bahalaşır | Banco.az

“Bloomberg”də manat sürətlə bahalaşır

Ötən həftədən etibarən “Bloomberg” terminalı üzərindən manat dollar qarşısında bahalaşmağa başlayıb.

Yanvar ayının sonundan etibarən manat dollara qarşı 0,1% möhkəmlənmişdi.

Mərkəzi Bankın dolları ucuzlaşdırmasından sonra “Bloomberg” üzərində manatın bahalaşma dinamikası daha da yüksəlib. Bu gün dolların manat qarşısında məzənnəsi 1,8856 manat müəyyən edilib.

Bu, həftəsonu məzənnə ilə müqayisədə manatın 2,7% bahalaşması deməkdir. Qeyd edək ki, ötən cümə dollar günü 1,9367 manat kursu ilə başa vurmuşdu.

Xatırladaq ki, “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

©Fins.az