Banklara 2 milyon adamın borcu var | Banco.az

Banklara 2 milyon adamın borcu var

Bu ilin 1 avqust tarixinə bankların aktivlərinin həcmi 23288.5 milyon, məcmu kapitalı 3817.8 milyon  manat təşkil edib.

Xəbərdə deyilir ki, kredit qoyuluşlarının həcmi 16537.9 milyon manat olub. Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə sorğuların sayı ( II rüb, 2013 –988,367) 1.43 dəfə artıb. Borcalanların  sayı 2,138,886, kredit məlumatlarının sayı 7,738,882, cəmi zaminlərin sayı 989,278 nəfər olub.

Hesabat dövründə əhalinin banklardakı əmanətlərinin həcmi 6940 milyon manat təşkil edib.

Publika.az