Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin oktyabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 1 milyard 129.7 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə 191.6 milyon manat (20.4%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında banklar 938.1 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 548.2 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
