Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın dövlət borcu rekord həddə çataraq 40,5 trilyon dolları keçib.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin suveren borcu 40,52 trilyon dollar təşkil edib.
Məlumata əsasən, ABŞ-ın dövlət borcu 2025-ci ilin oktyabrında 38 trilyon dolları, 2026-cı ilin avqustunda isə 40 trilyon dolları ötüb. Beləliklə, borcun həcmi 10 ildən az müddətdə 20 trilyon dollar artıb.
Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və ya vergi siyasətində islahatlar aparılmadığı təqdirdə, ABŞ-ın dövlət borcu növbəti altı il ərzində 50 trilyon dollara çata bilər.
