Banco.az "APA"ya istinadən xəbər verir ki, “Bank Technique” bu il 3-cü dəfə səhmdarlarının toplaşacağı barədə elan verib.
İlk dəfə bu ilin İun ayının 8-də, ikinci dəfə İyul ayının 10-da səhmdarların ümumi yığıncağının keçiriləcəyini elan edən bank, bu dəfə səhmdarlarının növbədənkənar şəkildə avqustun 31-də yığışacağını bildirir.
“Bank Technique” ASC-nin idarə heyəti bildirir ki, 31 avqust 2015-ci il saat 11.00-da “Bank Technique” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Babək prospekti, 16 nömrəli ünvanda keçiriləcəkdir”