ABŞ senatorları Trampı Rusiyadan dizel yanacağının idxalı ilə bağlı razılaşmadan imtina etməyə çağırıb | Banco.az

ABŞ senatorları Trampı Rusiyadan dizel yanacağının idxalı ilə bağlı razılaşmadan imtina etməyə çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ senatorları Trampı Rusiyadan dizel yanacağının idxalı ilə bağlı razılaşmadan imtina etməyə çağırıb.

Banco.az xəbər verir ki, ABŞ-də Respublikaçılar və Demokratlar partiyalarını təmsil edən 12 senator prezident Donald Trampa müraciət edərək Rusiyadan dizel yanacağının idxalına tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılması qərarından imtina etməsini istəyib.

Altısı respublikaçı, altısı demokrat olmaqla, 12 senator Trampa göndərdikləri məktubda Rusiya ilə əldə olunan dizel yanacağının tədarükü razılaşmasına etiraz ediblər.

Məktubda bildirilib: “Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə əldə etdiyiniz razılaşma nə ədalətli məqsədlərə çatmağa kömək edəcək, nə də amerikalıların maraqlarına xidmət edəcək”.

Məktubda Rusiyadan idxal olunan dizel yanacağına qarşı sanksiyaların dayandırılmasına imkan verən xüsusi icazənin “Putinə müharibə maşınını maliyyələşdirmək üçün yanacaq təmin etdiyi” iddia olunub. Həmçinin qeyd edilib ki, bu idxal ABŞ-də yanacaq qiymətlərinin aşağı düşməsinə çox az təsir göstərəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram