Bakı metrosu ötən il daşımalardan 100 milyon manatdan çox gəlir əldə edib | Banco.az

Bakı metrosu ötən il daşımalardan 100 milyon manatdan çox gəlir əldə edib

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.

Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda “Bakı Metropoliteni” üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

report