Azərbaycanlı qadın sahibkar yenidən 10 özəl ixracatçıdan biri olub | Banco.az

Azərbaycanlı qadın sahibkar yenidən 10 özəl ixracatçıdan biri olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İxrac icmalı"nın mart sayında qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Muradova Sahibə Səlimət qızı da yer alıb. O, özəl ixrac şirkətlərinin siyahısında 4-cü olub (yanvarda 3-cü idi – 3,3 milyon dollar). 

Belə ki, o, bu dövrdə 6,7 milyon dollarlıq ixrac həyata keçirib. Ötən ilin eyni dövründə S. Muradova ixrac həyata keçirməyib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram