Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında 732 milyon 633 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 milyon 280 min manat və ya 1,85% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409 milyon 636 min manata bərabər olub. Bu da illik müqayisədə 94 milyon 848 min manat və ya 30,1% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
