Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Rusiyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 10 milyon 126 min dollar və ya 1,7% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Rusiyaya qeyri-neft ixracının dəyəri 596 milyon 140 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 586 milyon 14 min dollar olub.
Qeyd edək ki, ilk 6 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 5 milyard 548 milyon 363 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
