Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların 2024-cü ilin 3-cü rübünə olan maliyyə göstəricilərinə əsasən bankların 10-nun aktivləri 1 milyard manatdan çox olub.
Banco.az xəbər verir ki, həmin banklar ABB (13,4 milyard manat), Kapital Bank (10,3 milyard manat), PAŞA Bank (8,6 milyard manat), Xalq Bank (2,9 milyard manat), Bank Respublika (2,2 milyard manat), Unibank (1,7 milyard manat), Azər Türk Bank (1,5 milyard manat), AccessBank (1,5 milyard manat), Yelo Bank (1,2 milyard manat) və Rabitəbank-dır (1,1 milyard manat).
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə aktivlərinin həcmi milyardı keçən bankların sayı 8 olub. Belə ki, bu siyahıda Yelo Bank və Azər Türk Bank yox idi.
Bizi sosial şəbəkələrdən izləyin!!