Azərbaycandan BƏƏ-yə yatırılan investisiyaların həcmi 5 dəfədən çox artıb | Banco.az

Azərbaycandan BƏƏ-yə yatırılan investisiyaların həcmi 5 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 431 milyon 157 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 dəfə və ya 351 milyon 936 min dollar çoxdur. 

Hesabat dövründə Azərbaycan ən çox investisiyanı BƏƏ iqtisadiyyatına yatırıb. 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanın bu ölkənin iqtisadiyyatına investisiya qoyuluşu 79,2 milyon dollar təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram