Azərbaycanda kreditlərin sığortası bazarı 9%-dən çox artıb | Banco.az

Azərbaycanda kreditlərin sığortası bazarı 9%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar ayında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 495 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42.3 min manat və ya 9,3% çoxdur.

Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 1,7 dəfə artaraq 5 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında bu növ üzrə yığımların məbləği 452,7 min manat, ödənişlərin məbləği isə 2,8 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram