Müəllif: Gülnar Əhmədli, Banco.az
ARDNF-nin investisiya portfelində bu ilin 31 mart tarixinə istiqrazlar və pul bazarı alətləri 33.1% təşkil edib.
Banco.az bu barədə Fonda istinadən xəbər verir.
Portfelin 35.6%-ni qızıl (178.1 ton), 24.8%-ni səhmlər, 6.5%-ni daşınmaz əmlak və infrastruktur aktivləri təşkil edib.
Ötən ilin eyni dövründə istiqrazlar və pul bazarı alətləri portfelin 42.6%-ni təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
