Çinin süni intellekt startapı "DeepSeek" yeni modelini təqdim edib | Banco.az

Çinin süni intellekt startapı "DeepSeek" yeni modelini təqdim edib

Müəllif:Mehin Qasımova,Banco.az

"DeepSeek" şirkəti çoxdan gözlənilən yeni "V4" modelini təqdim edib.

Banco.az xəbər verir ki, Çinin süni intellekt startapı ötən il özünün sərfəli modeli ilə bütün dünyada diqqət mərkəzinə düşüb.

Şirkətin məlumatına görə, V4-ün "pro" versiyası qlobal məlumat testlərində digər açıq mənbəli modelləri üstələyir və yalnız  Gemini-Pro-3.1-dən geri qalır.

"V4" həmçinin daha ucuz "flash" versiyasında təklif olunur. Çində yerləşən High-Flyer Capital Management şirkətinə məxsus "DeepSeek" şirkətinin dəyəri 20 milyard dollardan çox olan vəsait toplamağı hədəflədiyi bildirilir.  Texnologiya nəhəngləri "Alibaba Group" və "Tencent" şirkətdə pay almaq üçün danışıqlar aparırlar.

Qeyd edək ki, "DeepSeek" son zamanlar mübahisələrin mərkəzində olub və Vaşinqton və onun ABŞ-dakı rəqibləri tərəfindən dəfələrlə uyğunsuz və qanunsuz davranışda ittiham olunub.