Müəllif: Gülnar Əhmədli, Banco.az
ABB-nin depozit portfeli 31 mart 2026-ci il tarixinə 9 milyard 9 milyon 721 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 116 milyon 841 min manat və ya 1,3% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 3 milyard 562 milyon 323 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 447 milyon 398 min manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 158 milyon 46 min manat (4,6%) artıb.
2025-ci ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 3 milyard 404 milyon 277 min manat və 5 milyard 488 milyon 603 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
