Tramp Putini G20 sammitinə dəvət etməyi planlaşdırır | Banco.az

Tramp Putini G20 sammitinə dəvət etməyi planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırır.

Banco.az xəbər verir ki,bu addım Ukraynada davam edən müharibə fonunda Rusiya ilə diplomatik əlaqələrin bərpası ehtimalını artırıb.

ABŞ administrasiyasının rəsmiləri G20-yə üzv olan bütün ölkələrin sammitə dəvət olunacağını təsdiqləyiblər. Lakin bu dəvət Tramp administrasiyasının 2022-ci ildə Ukraynaya müdaxilədən sonra Moskvanın beynəlxalq təcridini azaltmaq cəhdi kimi şərh edilib.

Donald Tramp administrasiyası Ağ Ev vasitəsilə məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Kreml dəvəti aldığını təsdiqləyib. Lakin bildirilib ki, Rusiyanın sammitdə iştirakı ilə bağlı hələlik yekun qərar verilməyib.