Azərbaycanda dərman satışından 342 mln. manatdan çox gəlir əldə edilib | Banco.az

Azərbaycanda dərman satışından 342 mln. manatdan çox gəlir əldə edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 342,5 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 9,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram