Azərbaycanda bankların biznes kredit portfeli böyüyüb | Banco.az

Azərbaycanda bankların biznes kredit portfeli böyüyüb

Bu il martın 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 16 milyard 58 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici son bir ayda 109.1 milyon manat, son bir ildə isə 1 milyard 281 milyon manat artıb.

Qeyd edək ki, cari ilin 1 mart tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 389.3 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 270.3 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 721.8 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 676.6 milyon manata bərabər olub.