Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi tarixi maksimuma çatıb | Banco.az

Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmi tarixi maksimuma çatıb

Azərbaycanda banklardan kənarda nağd pulun (M0) həcmi ötən il ərzində 13,4% artaraq 10,773 mlrd. manata çatıb. Bu, sözügedən statistikanın aparıldığı ildən (2006-cı il) bu yana ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, sonuncu dəfə maksimal göstərici 2014-cü ilin iyul ayında qeydə alınıb – 10,509 mlrd. manat.

Qeyd edək ki, M0 pul aqreqatı banklardan kənarda qalan (əldə olan) manatla nağd pulun həcminin göstəricisidir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram