Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyun aylarında Xorvatiyaya 408 milyon 862 min dollar dəyərində 744 min 703 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 32 milyon 884 min dollar və ya 8,7% artıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-iyun aylarına nisbətdə 26,7% artıb. Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub.
Qeyd edək ki, ötən ilin birinci yarısında idxal edilən neftin dəyəri 375 milyon 978 min dollar, miqdarı isə 587 min 571 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!