Azərbaycan və İran arasında ixrac-idxal əməliyyatları asanlaşacaq | Banco.az

Azərbaycan və İran arasında ixrac-idxal əməliyyatları asanlaşacaq

Kəlalə gömrük sərhəd-buraxılış məntəqəsinin açılması ilə İran və Azərbaycan arasında ixrac və idxalın asanlaşdırılması üçün yeni zəmin yaradılacaq.

Bunu İranın Culfa şəhərindəki gömrük idarəsinin baş direktoru Əli Bisləm Azərbaycandan olan həmkarları ilə görüşdən danışarkən bildirib.

Onun sözlərinə görə, bu tədbir ticarət əlaqələrinin gücləndirilməsinə, sərhəd infrastrukturunun inkişafına və bölgənin iqtisadi inkişafına səbəb ola bilər.

Əli Bisləm iki ölkə arasında ticarət mübadiləsinin müsbət artımına işarə edərək, əməkdaşlığın genişləndirilməsi üçün gələcək planlar barədə məlumat verərək, Kəlalə gömrük sərhəd-buraxılış məntəqəsinin açılması ilə ticarət əlaqələrində daha sürətli inkişafa şahidi olacaqlarını bildirib.

O, sərhəd infrastrukturunun inkişafı, xüsusi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, rəsmilərdən bu sahədə sürətləndirici siyasətlərə üstünlük verməyi xahiş edib.

Əli Bisləm İran prezidentinin Azərbaycana son səfərinə və əldə edilmiş razılaşmalara işarə edərək, iki ölkə arasında gömrük əlaqələrinin artacağına əmin olduğunu deyib. O, daha çox koordinasiya üçün Azərbaycanın gömrük sərhəd-buraxılış məntəqəsi rəhbərləri ilə birgə görüşlərin keçiriləcəyini bildirib.

Bu görüşdə qaldırılan məsələlər arasında sərhəd körpüsündə yük maşınlarının hərəkətinin idarə edilməsi, yanacaq daşıyan nəqliyyat vasitələrinin standartlaşdırılması, məlumatların elektron mübadiləsi və sıxlığın qarşısını almaq üçün yük maşınlarına müvafiq növbələrin verilməsi də olub.

Azərbaycanın Culfa gömrük postunun rəisi İlxan Xudaverdiyev İran prezidentinin Azərbaycana səfərini ticarət mübadiləsinin inkişafı üçün bir fürsət adlandıraraq, iki tərəfin əməkdaşlığı ilə ticarət və gömrük əlaqələri daha da asanlaşacağına ümid etdiyini vurğulayıb.

Naxçıvan gömrük postunun rəisi gömrük prosedurlarının 24 saat ərzində həyata keçirilməsini, Azərbaycan vətəndaşlarına daha çox imkanların yaradılmasını, sürücülərə onlayn növbələrin verilməsini və etibarlı sürücülük vəsiqəsi olmayan sürücülərin hərəkətinin qarşısının alınmasını istəyib.

report