Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədən 8 milyard 160 milyon 29 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 3 milyard 65 milyon 562 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 5,9%, dəyər baxımından isə 11,1% artıb.
Qeyd edək ki, yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,90% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!