Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Özbəkistan iqtisadiyyatına 34 milyon 421 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 milyon 893 min ABŞ dollar və ya 56,6% azdır.
Hesabat dövründə Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,7% təşkil edib.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
