Azərbaycan Mərkəzi Bankı pul çapını kəskin artırıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı pul çapını kəskin artırıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) çap şirkətlərindən ümumi dəyəri 3 milyard 26,808 milyon manat olan yeni kağız və metal pul nişanları təhvil alıb.

Bu barədə qurumun maliyyə hesabatında qeyd edilib.

Sənədə əsasən, bu, 2024-cü ilə nisbətən 36 dəfə çoxdur.

Hesabat dövründə dövriyyədə olan kağız və metal pul kütləsinin ümumi dəyəri isə 2 milyard 114,336 milyon manat artıb.

report