Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 71%-dən çox artırıb | Banco.az

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 71%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 143,9 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Banco.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 60 milyon dollar və ya 71,5% çoxdur.

2025-ci ildə Azərbaycanın Gürcüstana qoyulmuş xarici investisiyalarda payı 9,9%-ə bərabər olub.

Ötən il Gürcüstanda birbaşa xarici investisiyaların ümumi həcmi 1 mlrd. 668.7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 99.4 milyon dollar və ya 6,3% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram